Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yataqxanada yanğın söndürülüb, 45 nəfər təxliyə edilib, 4 nəfər xəstəxanaya yerləşdirilib - Yenilənib

Aprelin 6-da saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması səbəbilə çağırış daxil olub...

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub. İlkin məlumata əsasən, 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət baş leytenantı Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu gün səhər 09:19-da FHN-in “Qaynar xətti”nə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi 151 ünvanında yerləşən beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində yanğın baş verməsi haqqında məlumat daxil olub. O bildirib ki, 3 dəqiqə ərzində qüvvələr hadisə yerinə çatıb:

"Yanğın yerinin kəşfiyyatı aparılan zaman məlum olub ki, birinci mərtəbədə yerləşən 12 kvadratmetrlik mənzil əşyaları ilə birlikdə və 24p.m elektrik naqilləri yanıb. 45 nəfər vətəndaş hadisə yerindən təxliyyə olunub. Qatı tüstülənmə yanğındansöndürənlərin işinə mane olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülüb".

***

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Poliqon FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Poliqon xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Ən çox oxunanalar