Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qadın gənc sevgilisi tərəfindən qətlə yetirildi, evi talan edildi

Dünən axşam saatlarında Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib...

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, sentyabrın 23-ü saat 21:30 radələrində Yeni Yasamalda 1 nömrəli evin mənzilində 1970-ci il təvəllüdlü Maya Arif qızının meyiti tapılıb.

Qadın qətlin qurbanı olub. Naməlum şəxs qadına biri kürəyinə, digəri sinəsinə olmaqla iki bıçaq zərbəsi vurub. Faktla bağlı cinayət işi açılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Əldə olunan məlumata görə, qətli 1987-ci il təvəllüdlü Lənkəran rayon sakini törədib. Sözügedən şəxs hələ saxlanılmadığından adı açıqlanmayıb.

Şübhəlinin narkotik istifadəçisi olduğu bildirilir. Bildirilib ki, tək yaşayan M.Kərimovanın kişi ilə yaxın münasibəti olub. Hadisə yerini araşdıran kriminoloqlar mənzilin alt-üst edildiyini müşahidə ediblər. Cinayətin tamah məqsədilə törədildiyi ehtimal edilir.

Ehtimal olunur ki, qatil qurbanından pul istəyib və rədd cavabı aldıqdan sonra onu qətlə yertirib. Daha sonra o, mənzildə pul və qiymətli əşyalar axtarıb.

Öldürülmüş şəxsin cəsədini ilk olaraq qardaşı oğlu aşkar edib. O, M.Kərimovanın yanına gəlib, qapını döyüb, lakin qapının açıq olduğunu görüb.

Qeyd edək ki, sutka ərzində ikinci cinayət hadisəsi isə Xəzər rayonunda törədilib. Binə kəndində əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü qaynata Firdovsi Məhərrəmov 1989-cu il təvəllüdlü gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib.

Sentyabr ayının əvvəlindən bəri Bakıda 6 qətl hadisəsi baş verib.

pia.az


Etiket: Bakı qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar