Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda polisin gözü önündə fahişə bazarı - Video


Bakının 4-cü mikrorayon dairəsi adlanan ərazisi gecələr fahişələrin yağlı qapısına çevrilib


Bu barədə məlumatı ərazidə yaşayan sakinlər bildirib. 

Onların sözlərinə görə, hər gecə fahişələr sözügedən əraziyə gələrək öz müştərilərini gözləyirlər. Sözügedən faktla bağlı sakinlər redakiyamıza videogörüntülər də göndəriblər. Görüntülərdə yol kənarında dayanan qadınların bir-bir avtomobillərə yaxınlaşdıqları görünür. Onlar qiymət danışdıqdan sonra avtomobilə əyləşərək əvvəlcədən təyin etdikləri yerə gedirlər. Video görüntülərdən də göründüyü kimi bir saat ərzində ərazidə bir neçə belə hal müşahidə olunub. Maraqlı olan məqam isə, ərazinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılmasıdır. Çünki çəkiliş müddəti ərzində ərazidən bir neçə dəfə PPX avtomobilinin keçdiyini görmək mümkündür.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsi müavini Ehsan Zahidov məsələ ilə bağlı məlumatlı olmadığını bildirib. O, müəyyən şikayətdən sonra məsələnin araşdırıla biləcəyini qeyd edib: “Əgər kimsə avtomobilini saxlayıb, hansısa qadınla söhbət edirsə burada polis heç nə edə bilməz. Onların fahişə olub olmamasını polisin müəyyən etməsi mümkün deyil. Əgər kiminsə həmin ərazidə insan alverinin olması ilə bağlı şikayəti varsa “102” qaynar xəttinə müraciət edə bilər. Bundan sonra biz məsələni araşdırarıq. Əgər sakinlərin də bununla bağlı şikayəti varsa, onlar da müraciət edə bilərlər”.
 
Sakinlər bildiriblər ki, dəfələrlə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət etsələr də, oradan heç bir reaksiya gəlməyib (azxeber.com)
 
Nəsimi rayonu ərazisində çəkilən görüntüləri təqdim edirik:


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Ən çox oxunanalar