Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Eldar şamı ağaclarının kütləvi kəsilməsilə bağlı rəsmi açıqlama verilib

“Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunun arxasındakı ərazidə 32 ağac quru və xəstə olması səbəbilə kəsilib”

Bunu “Report”a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların kəsilməsinə 2021-ci ilin ilk aylarından başlanılıb:

Bakı şəhərində son illərdə Eldar şamı ağaclarında kütləvi quruma və saralma müşahidə olunur. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərüffatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Elmlər Akademiyasının Botanika İnstitutu və eyni zamanda Yaşıllaşdırma Təsərüffatı mütəxəssislərindən ibarət komissiya yaradıldı. Həmin ağaclardan nümunələr götürülərək laboratoriyalarda analiz olundu. Məlum oldu ki, bu ağaclarda qabıqaltı qurd və göbələk xəstəlikləri var. Göbələk xəstəlikləri isə külək vasitəsilə yayıldığından bu xəstəliyə yoluxmuş ağacların kəsilməsi vacibdir. ETSN-in bununla bağlı rəyi olduğundan həmin ağaclar tərəfimizdən kəsilir və utilizasiya edilir. Bu, xəstəliyin başqa ağaclara da yayılmaması üçün vacibdir. Xəstəlikdən az zərər çəkən ağaclar isə dezinfeksiya edilir. Dezinfeksiya məqsədilə fungisidlərdən, yəni göbələyə qarşı mis maddəsi tərkibli dərmanlardan istifadə olunur”.

Mühəndis xəstə ağacların mövcud olduğu digər əraziləri də açıqlayıb:

“Növbəti kəsilmə işləri Mərdəkanda, Yesenin küçəsində, Buzovna yolu ətrafında Nərimanov rayonunda Molla cümədə, Binəqədi rayonunda, Bayıl yamacında, Şəhidlər xiyabanı ərazisində, Teleqüllə və Elmlər Akademiyası ətrafında baş tutacaq”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar