Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda diplomatiya həftəsi başa çatdı

Azərbaycan Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda diplomatiya həftəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak ediblər.

PİA.az xəbər verir ki, layihənin bağlanış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanda fəaliyyət göstərən 15 könüllü təşkilat və hərəkatların nümayəndələrinin iştirakı ilə keçirilən diplomatiya həftəsinin bağlanış mərasimində layihədə iştirak edən könüllülərin fəaliyyətini əks etdirən "Azərbaycan könüllülərinin bir günü" videosu təqdim edilib.

Tədbirdə, həmçinin diplomatiya həftəsi çərçivəsində həyata keçirilən görüş və fəaliyyətlər barədə yekun hesabat videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin yüksək əhəmiyyətindən bəhs edərək, Diplomatiya həftəsinin hər bir azərbaycanlı üçün rəmzi məna daşıyan Zəfərimizə həsr olunmasının vacibliyi haqqında danışıb. Həftə ərzində müxtəlif sahələr üzrə keçirilmiş görüşlərin əhəmiyyətini qeyd edibvə sözügedən görüşlərdə iştirak edən yüksək səviyyəli nümayəndələrə təşəkkür edib. Nazir Ceyhun Bayramov eyni zamanda, könüllülük hərəkatı çərçivəsində Azərbaycan gənclərinin dövlətimizə, cəmiyyətimizə verdiyi töhfədən geniş danışaraq, könüllülüyün təkcə bir hərəkat deyil, həmçinin, Azərbaycan xalqı üçün bir ənənə və həyat tərzi mahiyyəti kəsb etdiyini bildirib. Nazir diplomatiya həftəsinin Azərbaycanda fəaliyyət göstərən 15 könüllü təşkilatının könüllülərini əhatə etməsini yüksək qiymətləndirərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edib. Daha sonra, iştirakçılara sertifikatların təqdim olunması mərasimi keçirilib və diplomatiya həftəsinin 40-a yaxın iştirakçısı sertifikatla təltif olunub.

Diplomatiya həftəsinin yekunlaşması ilə əlaqədar, tədbirə ev sahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayev, bütün iştirakçıları təbrik etdi və gənclərə öz dəyərli tövsiyələrini verib. Rektor, hər bir Azərbaycan vətəndaşı üçün tariximizin bu qürurverici səhifəsinin vacibliyi və əhəmiyyətindən ətraflı danışıb. Hafiz Paşayev, həmçinin təhsil aldığı sahədən asılı olmayaraq hər bir Azərbaycan gəncinin tariximizi yaxşı öyrənməli və bilməli olduğununun vacibliyini vurğuladı. Rektor, diplomatiya həftəsinin yekunlaşması ilə əlaqədar olaraq iştirakçıları təbrik edib və gələcəkdə seçdikləri sahənin peşəkarı olmalarını tövsiyə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayır

Ən çox oxunanalar