Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daha bir beynəlxalq turnirə start verildi

Bakıda kişi və qadın idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Daha sonra gənclər və idman nazirinin müavini Mariana Vasileva tədbir iştirakçılarını salamlayaraq, Dünya Kubokunu açıq elan edib. O bildirib ki, 34 ölkədən 145-ə yaxın gimnast bu yarışda mübarizə aparacaq.

Qeyd edək ki, dörd gün davam edəcək yarışın ilk iki günündə təsnifat, sonrakı günlərdə isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya Kubokunda Azərbaycanı Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simonov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya Kubokunun üç mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya Kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən, dörd yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG Kuboku təqdim ediləcək.

Qeyd edək ki, 31 mart - 3 aprel tarixlərində keçiriləcək yarış hər gün saat 12:00-da başlayacaq.

Xatırladaq ki, daha əvvəl mart ayında Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar