Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bir qəsəbə hər an yana bilər - Fotolar

Neft gölündə tikilən binalar: Bakıda bir qəsəbə hər an yana bilər


Keşlə qəsəbəsindəki UPD adlanan ərazidə yaşayış binaları mazut gölünün üstündə tikilir. Təhlükəli ərazidə insa edilən çoxmərtəbəli binaların bir neçəsində tikinti prosesi yekunlaşmaq üzrədir. Bu binaların vətəndaşlara satılması nəzərdə tutulur. Bu durum ətrafda yaşayan sakinləri də narahat edir

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və vəziyyətlə maraqlanıb.

Sakinlərin sözlərinə görə, bu ərazidə əvvəllər neft çıxıb, sonradan üzəri torpaqla örtülüb. Binaların özülü neft və mazut gölünün içərisindədir. Vəziyyəti ağırlaşdıran məqamlardan biri də odur ki, sözügedən ərazidə yüzlərlə ailə yaşayır. Tikinti aparılan ərazi təpəlikdə yerləşdiyindən yerdən çıxan mazut aşağı doğru axır. 

Burada isə yaşayış evləri təhlükə altında qalır. Belə ki, kiçik bir ehtiyyatsızlıq onlarla evin alışıb, yanmasına səbəb ola bilər. Müvəqqəti olaraq problemin qarşısı alınsa da, sakinlər hələ də narahatlıq içindədir.

Adının çəkilməsini istəməyən sakin bizə danışarkən bildirdi ki, bu ərazi əvvəllər Neftayırma İnstitutunun laboratoriyası idi: “Burada neft anbarları var idi. Ərazidə tikintiyə başlanan yerdən mazut çıxırdı. Özlərinin də xəbəri var idi. Ancaq tikintini davam edirdilər. Binaların özülünü həddindən artıq dərin qazdılar. Bu zaman yerdən neft çıxdı. Həmin yerə Türkan daşı boşaltdılar ki, neft çəkilsin. Daş məsaməli olduğu üçün bu varianta əl atdılar. Ərazinin təhlükəli olduğunu bilsələr də, davam edirlər. 4 yaşayış binası tikilir. İndi yerdən çıxan mazutu, nefti xaric edərək, yaşayış evlərinə tərəf axıdırlar. Hər an təhlükə ilə üz-üzəyik”. 

Sakinlər hətta ötən il yanğın hadisəsinin baş verdiyini də dedilər: “Dəfələrlə yanğın hadisəsi də baş verib. Bir neçə dəfə səfərbər olub, yanğının yayılmasının qarşısını almışıq. Tikinti aparılan binaların altından çıxan mazut yaşayış sahələrinə axdı. Bir dəfə də tikililərdən biri alışaraq yandı. Hər tərəfi od bürüdü. Mazut bir göz qırpımında alışaraq yaşayış evlərinə tərəf gəlirdi. Camaatın köməyi ilə yanğının qarşısı alındı.

Bu barədə FHN-ə müraciət elədik, onlar yerdən çıxan mazutu nasoslar vasitəsi ilə çəkərək, başqa yerə yönəltdilər. Mazutlu sular isə aylarla arx vasitəsi ilə dənizə axdı. Neftayırma zavodundan nümayəndələr gəldi, yoxlama apardılar. Dağın dibində katlavan qazdılar. Dağlardan süzülən nefti çıxarıb, matorlar vasitəsi ilə çəkdilər. Bütün binaların dörd tərəfində “lyuk”lar qoyulub. Onların vasitəsi ilə neft toplanıb, başqa yerə xaric olunur. Fövqəladə Hallar Nazirliyi işə qarışandan sonra onları məcbur etdi ki, mazutu təhlükəsizlik olan əraziyə yönəltsinlər. İndi həmin mazut hara axır, bəlli deyil”.

Qəsəbə sakinləri onlara yaxın ərazidə neft anbarının da təhlükə yaratdığını bildirdilər: “Ümumiyyətlə, qəsəbədə Nağıyevin yeraltı neft anbarı olub. Həmin yeri də torpaqla doldurdular, alt qatdakı neft ətrafa yayıldı. İndi hansı həyəti qazırsan, oradan mazut çıxır. Bir qığılcım kifayətdir ki, hər tərəfi alov bürüsün”.













pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar