Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda binada yanğın olub, 12 nəfər təxliyə edilib - Video

Paytaxtın Binəqədi rayonunda yaşayış binasında yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb....

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən üçotaqlı mənzildə baş verdiyi və genişlənərək daha geniş sahəyə yayılma, o cümlədən digər mənzillərə keçmə riskinin yüksək olduğu və bina sakinlərinin həyatı üçün təhlükə yaratdığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər, o cümlədən xüsusi təyinatlı texnika – avtonərdivanın operativ tətbiqi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 2-si uşaq olmaqla 12 nəfər təxliyə olunub. Yanğın baş verən və ümumi sahəsi 90kv.m olan mənzilin mətbəx-zalının döşəməsi 6kv.m sahədə, 1 ədəd pəncərə çərçivəsi və ev əşyaları 27kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

***

Oxu.Az-ın məlumatına görə, yanğın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

pia.az


Etiket: FHN yanğın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar