Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 23 ailənin "tabutu" - Güclü külək olanda bina silkələnir - Foto 

Sabunçu qəsəbəsində "Stansiyanın yanı, 32" adlanan ünvanda yerləşən bir əsrlik tarixə malik binada yaşayan sakinlər Trend-ə həyəcan təbili verən məzmunlu məktubla müraciət ediblər.

Həyatlarının hər an təhlükədə olduğunu deyən sakinlər aidiyyatı qurumların dərdlərinə əlac olmaq istəmədiklərindən gileylənirlər.

Az qala başlarına uçacağını deyən 23 ailənin yaşadığı qəzalı vəziyyətdə olan bu köhnə tikilinin sakinləri qeyd edirlər ki, artıq bədbinliyə o qədər qapılıblar ki, hər axşam səhərə çıxmayacaqları düşüncəsi ilə yatmaq məcburiyyətində qalırlar.

Hətta aralarında ötən əsrdən qalan bu uçuq-sökük iki mərtəbəli binanın elə sakinləri də var ki, "bina indi uçar" deyə, qorxudan gecəni səhərə kimi gözlərinə yuxu getmədiyini bildirirlər.

Bina sakinlərinin göndərdiyi görüntülərdən də görünür ki, 1 əsr yaşı olan bu köhnə tikilinin tavanı yararsız vəziyyətə gəlib, döşəməsi isə hər an ayaq altından "qaçmağa" hazırdır.

Təəssüf ki, tikilinin divarlarından isə heç danışılası deyil. Binanın müxtəlif hissələrində artıq uzun illərdir yaranan iri çatlar yaşayışa yararsız hala gələn bu köhnə tikilinin 23 ailədən ibarət sakinləri üçün istənilən an məzara dönmək təhlükəsindən xəbər verir. Yaşayış binasını ayaq üstə saxlayan taxtalar isə artıq çürüyüb.

Sakinlərin Trend-ə verdiyi məlumata görə, aidiyyatı qurumlar binaya dəfələrlə gəlib baxış keçirərək tikilinin QƏZALI VƏZİYYƏTDƏ olması barədə rəy versələr də, lakin onlara binanın sökülməsi və ərazidən köçürülmələri barədə heç bir cavab verilməyib.

Güclü külək olanda binada silkələnməni adi gözlə görməyin mümkün olduğunu bildirən bina sakinləri onların səsinə səs verənin tapılmadığını, hər gün daha da böyüyən və yaranan yeni çatların yaxın zamanda böyük faciə ilə nəticələnəcəyindən narahatlıqlarını qeyd edirlər.

Artıq 100 yaşı olan bu binanın bədgüman sakinləri onu da əlavə ediblər ki, ailələr hərə öz yaşadığı mənzilin böyür-başına bir şey yamayır ki, qəzalı vəziyyətdə olan bu köhnə tikili çökməsin.

Sakinlər evi təmir etməyin artıq heç bir əhəmiyyət daşımadığını, yağışdan sonra çəkilən xərcin də tavandan axan yağış sularında batdığını bildirərək, tez bir zamanda bu haraylarına aidiyyatı qurumlardan nəhayət şad xəbər alacaqlarına ümid etdiklərini deyirlər.

Sakinlərdən verilən məlumata görə binanın qəzalı vəziyyətdə olduğu barədə ilk rəy hələ Sovet dövründə - 1973-cü ildə verilib. Bəs, istismar müddəti hələ 50 il bundan əvvəl bitən bu tikilidə 23 ailəni yaşamaq məcburiyyətində qoyan kim(lər)dir?

Poliqon.info 


Etiket: Bina


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar