Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 5% artıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 112,036 mln. manat təşkil edib

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11% çoxdur.

Hesabat dövründə “Bakı Telefon Rabitəsi”nin cəmi kapitalı 13,8% artaraq 86,013 mln. manata, o cümlədən nizamnamə kapitalı 27,5% artaraq 41,553 mln. manata, cəmi öhdəlikləri isə 2,6% artaraq 26,023 mln. manata çatıb.

2017-ci ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 67,945 mln. manat (2016-cı ilə nisbətən 1,3% az), xidmətlərinin maya dəyəri 35,325 mln. manat (9,9% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 30,249 mln. manat (66,5% çox), digər əməliyyat gəlirləri 13,642 mln. manat (3,9 dəfə çox), maliyyə xərcləri 415 min manat (48,6% az) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 15,598 mln. manat (10,5% çox) olub.

2017-ci ildə “Bakı Telefon Rabitəsi” 2016-cı illə müqayisədə 22,1% çox – 5,354 mln. manat mənfəət vergisi ödəyib və ili 10,244 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 5,3% çoxdur.

Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında ötən il yaradılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar