Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı şəhərətrafı dəmir yolu xəttində elektrik qatarları ilkin mərhələdə 4 stansiyada dayanacaq

Azərbaycan Dəmir Yollarından məlumt verilib

Bu yaxınlarda Bakı şəhərətrafı dəmir yolu xəttinin Bakı-Sabunçu hissəsinin istismara verilməsi nəzərdə tutulur.

Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verilən məlumata görə, işlər mərhələlərlə aparılır.

Dairəvi dəmir yolunun Sumqayıt-Sabunçu hissəsində işlər sürətlə davam edir. Ümumilikdə genişləndirmə işləri Bakı sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində olacaq. Bu yol istismara veriləndən sonra Bakı, eləcə də Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin nəqliyyat problemi qismən aradan qaldırılacaq, dairəvi dəmir yol boyunca yerləşən kəndlərdə yaşayan əhali elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Bakı dairəvi yolunda 14 stansiya və dayanacaq olacaq. İlkin mərhələdə Bakı sərnişin stansiyasından çıxan elektrik qatarları Keşlə, Koroğlu, Bakıxanov və Sabunçu stansiyasında dayanacaqlar. Bakı dairəvi yolunda hərəkət edəcək qatarların sayı, onların hərəkət cədvəli, gediş haqqı barəsində məlumatlar hələ müəyyənləşdirilməyib.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar