Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Qərb və Rusiyanın əsas hədəfidir”



ABŞ kəşfiyyatının leqal mərkəzi: “Azərbaycan uzun müddət Avropa və Avrasiya sərhədlərinə təsir imkanı üçün kritik ölkə hesab olunub. Onun coğrafi yerləşməsi ilə yanaşı, enerji resursları da əhəmiyyətini artırır. Azərbaycan Ukraynada məsələsi ilə bağlı Qərblə Rusiya arasında manevr edir. Hətta Qafqazda və Şərqi Avropada neytrallığını qoruyan yeganə dövlətdir. Ukrayna, Moldova və Gürcüstan Qərb, Belarus və Ermənistan isə Rusiyanın yanındadır. Bu baxımdan, Bakı hər iki tərəfin – Qərbin və Rusiyanın əsas hədəfidir”


Bu barədə ABŞ-ın “Stratfor” beyin mərkəzinin (bu mərkəzin Birləşmiş Ştatların xüsusi xidmət orqanı CİA-nın leqal orqanı olduğunu deyənlər də var – red.) hazırladığı “Azərbaycan xarici siyasətini yenidən gözdən keçirir” başlıqlı məqalədə bildirilir.   
 

“Stratfor” yazır ki, Qərbin israrla Rusiyaya qarşı çıxmasına baxmayaraq, Azərbaycan Moskva ilə aktiv danışıqlar aparır: “Prezident İlham Əliyev Qələbə Günündə Moskvadakı paradda iştirak etdi. Rusiya Prezidenti Vladimir Putin Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Bu günlərdə Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu RusiyaAzərbaycan dostluğunu və əməkdaşlığını gücləndirdiyinə görə ordenlə təltif etdi. Azərbaycan Prezidenti Riqa sammitində gəlmədi və bunu iş qrafikinin ağır olması ilə əlaqələndirdi. Lakin burda başqa səbəblər də var: birincisi, Bakıya qarşı insan haqları və demokratiya ilə bağlı ittihamlardır. Halbuki, eyni tənqidlər əvvəllər də olurdu. Görünür, Avropa Oyunları ərəfəsində Bakı ittihamlara dözmək fikrində deyil. Azərbaycan diplomatiyasının dəyişikliyinin digər səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Son dövrlər cəbhə xəttində gərginlik daha da artıb. Hətta hava məkanını pozan Ermənistan helikopteri vuruldu. Lakin Ermənistanın təhlükəsizliyinin qarantı hesab olunan və bu ölkədə 5 min əsgər saxlayan Rusiya susdu. Güman ki, Moskva Ukraynadakı konfliktə görə burda əlavə enerji itirmək istəmirdi”.


Məqalədə bildirilir ki, Azərbaycanın diplomatik manevrləri Rusiyaya doğru oriyentasiyasının dəyişməsi kimi başa düşülməməlidir.


Azərbaycan öz balans siyasətini yürüdür və enerji təchizatçısı kimi maraqlarını düşünür. Rusiya qazından qurtulmaq istəyən Avropa üçün Azərbaycanın cazibədarlığı artıb. Cənub Qaz Dəhlizi layihəsi istiqamətində iş aparılır və Türkmənistan, İran təbii qazının Avropaya çıxarılması üçün Transxəzər boru kəməri də gündəmdədir. Azərbaycan enerji əlaqələrinin gələcəyini müzakirə etmək üçün aktivlik nümayiş etdirir. Belə layihələr Azərbaycan üçün təkcə iqtisadi divident gətirməyəcək, eyni zamanda, onun diplomatik və geosiyasi vəziyyətini möhkəmləndirəcək. Bu arada Rusiya Avropanın enerji təminatında Xəzər qazının qarşısına keçir. Çünki Xəzərin hüquqi statusu problem olaraq qalır, bu isə Transxəzər kəmərinə maneədir. Görünür, Rusiya belə həssas məqamda Dağlıq Qarabağ münaqişəsinin üzərindən hərəkət edərək, Azərbaycanı öz orbitinə çəkmək istəyir. Yaxud, Moskva hələ də bu layihəyə təsir etmək imkanlarını axtarır. Lakin bütün bunlar onun real olduğu demək deyil. Çünki Azərbaycan öz balans siyasətindən imtina etmək kimi qərar verməyib”, - deyə məqalədə vurğulanır. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar