Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı bulvarının 2040-cı ilə qədər uzadılması planlaşdırılır

Dövri iqtisadiyyatın təmin edilməsi istiqamətində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib...

Poliqon  xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

O qeyd edib ki, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına və istifadəsinə başlanılıb.

Nazir vurğulayıb ki, eyni zamanda, tullantı sularının səmərəli idarə olunması, yağış, drenaj sularının toplanması şəbəkəsinin qurulması, təmizlənmiş tullantı sularının təkrar istifadəyə yönəldilməsi, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilməsi prioritet olmalıdır.

Muxtar Babayev həmçinin əlavə edib ki, iqlim dəyişmələri proseslərinə adaptasiyanın əsas komponentlərindən biri yaşıllıq sahələri ilə bağlıdır. Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin prioritet məqsədlərindən biridir.

Nazir Bakı şəhərinin yaşıllıqlarının xeyli artırılacağını deyib: "Həmçinin Bakı bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər, yüksək keyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq".

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ən çox oxunanalar