Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağlanan banklardakı pullar nə vaxt qaytarılacaq?

Fəaliyyəti dayandırılan “Atabank” və “AmrahBank”da, eləcə də müvəqqəti inzibatçılar təyin olunan NBCbank Və AGBANKda əmanətləri olan vətəndaşlar əmanətlərini tam həcmdə geri ala biləcəklər...

Mərkəzi Bankın hüquq departamentinin direktor müavini Tural Feyzullayev deyir ki, Əmanətlərin Sığortalanması fondu qorunan əmanətlərlə bağlı yaxın vaxtlarda bildiriş dərc edəcək. Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifələrində kompensasiyaların ödənilməsi vaxtı və yeri göstəriləcək.

Tural Feyzullayev - hüquq departamentinin direktor müavini: "Əmanətlərin sığortalanması fondunun kifayət qədər vəsaiti var ki, həmin əmanətləri ödəsinlər. Fondun vəsaitinin çatışmayan hissəsində isə qanunvericiliyə əsasən Mərkəzi bankdan kredit alma imkanı müəyyən olmuşdur.

Fəaliyyəti dayandırılan banklarda krediti olan vətəndaşlar isə kreditlərini ödəməyə davam etməlidirlər.

Müqavilə üzrə şərtlərə baxmaq lazımdır. Müqavilə üzrə ödəniş vaxtıdırsa bu zaman onlar nağd qaydada və ya nağdsız qaydada öz kreditlərini ödəyə bilərlər. Əgər vətəndaş krediti daha erkən bağlamaq istəyirsə yenə də eyni qaydada ödənişi edə bilərlər".

Tural Feyzullayev vurğuladı ki, bağlanan banklarda krediti olan vətəndaşlar yenə də bankın borcluları hesab edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar