Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağça müdiri ilə məktəb direktoru vəzifədən azad edildi

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb...

Yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlı aparılıb.

Nəticədə təhsil müəssisələrində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin zəif təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib.

Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiklərinə görə Ağstafa rayon Qırılı kənd 2 saylı körpələr evi-uşaq bağçasının müdiri və Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrlərinə əsasən tutduqları vəzifələrdən azad ediliblər.( oxu.az)

Poliqon.info

 


Etiket: Bağça müdiri


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Ən çox oxunanalar