Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” sosial aksiyaya start verir – Detallar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verir...

Martın 29-dan etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” İstehsalat Birliyi də yardımçı olacaq. Bu yaş kateqoriyasına aid olan şəxslər Birliyin 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər. Bundan başqa bu barədə (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə mesaj da göndərə bilərlər.

Qeyd edək ki, ilk növbədə qaz təsərrüfatı ilə bağlı məsələlərə diqqət ayrılacaq. Məsələn, 65 yaşdan yuxarı olan abonentin kartına vəsait yükləmək lazım gələrsə, bu xidmət üçün onun kartı götürülməklə vəsait yüklənilib ünvanında özünə qaytarılacaq. İşlətdiyi məişət qaz cihazlarında hər hansı nasazlıq yaranarsa, təmənnasız olaraq təmir ediləcək.

Eyni zamanda bu xidmətlərlə yanaşı Birlik göstərilən yaş kateqoriyasında olan abonentlər üçün bütün digər sosial xidmətləri təqdim edən dövlət qurumları ilə həmrəydir və bu işdə onlarla birgə fəaliyyətə hazırdır.

Evdə qalın, bizə etibar edin! Virusa Birlikdə qalib gələk! (Report.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar