Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” jurnalistləri növbəti ingilis dili kurslarına qoşulmağa dəvət edir

Kurslar çap, elektron kütləvi informasiya vasitələrində, eləcə də teleradio sahəsində çalışan və ən azı bir il iş təcrübəsinə malik olan bütün jurnalistlər üçün açıqdır...

Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir.

Azercell Telekom” MMC ölkəmizin mövqeyini beynəlxalq müstəvidə gücləndirmək və ictimaiyyəti operativ şəkildə məlumatlandırmaq istiqamətində müstəsna rolu olan milli media nümayəndələri üçün ingilis dili kurslarını davam etdirir.

Kurslar çap, elektron kütləvi informasiya vasitələrində, eləcə də teleradio sahəsində çalışan və ən azı bir il iş təcrübəsinə malik olan bütün jurnalistlər üçün açıqdır. Qeydiyyat üçün hər bir jurnalist KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 04.03.2023 tarixinə kimi [email protected] elektron ünvanına göndərməlidir. İxtisaslaşmış ingilis dili müəllimləri tərəfindən aparılacaq dərslərdə milli media nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq.

Xatırladaq ki, lider mobil operator jurnalistlər üçün ingilis dili kurslarını 15 ildir təşkil edir. Bununla yanaşı, KİV nümayəndələrinin fəaliyyətini daima diqqət mərkəzində saxlayan Azercell mütəmadi olaraq jurnalistlər üçün maraqlı mövzularda seminar və təlimlər də həyata keçirir.

Dünya xəbərlərini və Azərbaycan həqiqətlərini müxtəlif platformalar üzərindən ictimaiyyətə dolğun və operativ şəkildə çatdırılmasına dəstək olmağa çalışan Azercell jurnalistlərin peşəkar inkişafına töhfə verən layihələrini davam etdirəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar

Ən çox oxunanalar