Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell daha 25 tələbəni təqaüdlə mükafatlandırdı

Ölkənin lider mobil rabitə təminatçısı Azercell Telekom-un 2017-ci il üçün elan etdiyi Tələbə Təqaüdü proqramının qalibləri artıq bəlli olub


1200-dən çox tələbənin müraciət etdiyi proqramda 25 nəfər Azercell Təqaüdçüsü fəxri adını qazanıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti, ADA Universiteti ,Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texniki Universitetində təhsil alan  tələbələrin qazandığı Təqaüd Proqramı sentyabrın 15-də elan olunmuşdu. Öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər Təqaüd Proqramına müraciət etmək imkanı əldə etmişlər. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.
 
Beləliklə, 2017-ci ildə Azercell təqaüdçüsü adını qazanan ümumi 25 nəfər tələbədən 7-si bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrində, 9-u Bakı Ali Təhsil Müəssisələrində, 9-u isə SABAH Qruplarında təhsil alır. 
Mükafatlandırma mərasimi 9 yanvar tarixində Azercell şirkətinin baş ofisində baş tutub.  Azercell-in prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edərək onlara sertifikat və hədiyyələr təqdim etdi. 

Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar