Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı milyarder yenə “boz kardinalla” çəkişir

Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov dövlət neft şirkəti “Rosneft”lə yeni çəkişmə içərisindədir

Bu dəfə çəkişmənin predmeti “Lukoil” və “Rosneft” şirkətlərinin yaratdığı birgə müəssisədə-“Başneft-Plyus”da neftin daşınması tarifləridir.

Vahid Ələkbərov RBK-ya bildirib ki, “Rosneft”lə Arktikadakı Varandey terminalından neftin daşınması tariflərinə görə yaranmış mübahisədə “sona qədər getməyə” hazırdır. Hazırda mübahisəyə federal Antiinhisar Xidməti baxır.

“Əgər antiinhisar komitəsi məsələni həll etməsə məhkəmə instansiyalarında mübarizəni davam etdirəcəyik. Qalib gələnə qədər!”-Ələkbərov deyib.

Azərbaycanlı milyarder deyib ki, “Rosneft”lə anlaşmaq çətindir.

Arktikadakı Varandey neft terminalı Ələkbərovun şirkətinə məxsusdur. Mübahisə “Rosneft”in Tatarıstanın dövlət neft şirkəti “Başneft”in nəzarət səhm paketini almasından sonra baş verib. Bu sövdələşmə nəticəsində “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” və uzun müddətdir Vahid Ələkbərovla çəkişib onu sıradan çıxarmağa çalışan İqor Seçin məcburən onun ortağına çevrilib. Çünki səhmlərinin 75 faizi “Başneft”ə məxsus olan “Başneft-Plyus” şirkətində “Lukoil”un 25 faiz payı var.

Bu birgə müəssisə Yamal-Nen muxtar vilayətinin şimalında iki neft yatağında hasilat aparır. Həmin yataqlardan hasil olunan neft “Lukoil” şirkətinin terminalı üzərindən daşınır. Daşınmanın tarifləri həm Ələkbərov, həm Seçin üçün mühümdür. Çünki “Başneft-Plyus” nefti “Lukoil-Litasco” treyder şirkətinə satır. Bu zaman daşınma xərci çıxılır.

Hazırda bu tarif hər tona görə 38 dollardır, “Rosneft” isə tarifin 3 dəfə aşağı salınmasını istəyir. V.Ələkbərov isə bildirir ki, terminal kommersiya müəssisəsidir və onun “Rosneft”lə ortaq müəssisəyə dəxli yoxdur. Ona görə də tarifləri aşağı sala bilməz.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar