Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı idmançı: "Polis məni cərimələmir"

"Yaxınlıqdakı parkda qaçanda polis cərimə yazır. Lakin milli üzvü olduğum üçün mənə güzəşt edilir, cərimə yazılmır"...

 

Bu fikirləri Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "İdman TV"nin efirində deyib.

30 yaşlı idmançı hazırda qidalanmaya xüsusi diqqət yetirdiyini bildirib: "Olimpiya Oyunlarına hazırlaşanda gündə iki dəfə məşq edirdik və bu, gün ərzində 2-3 saat çəkirdi. Həmin vaxt yeməyə çox diqqət etmək lazım gəlmirdi. Çünki yemək yedikdə, bütün enerjini məşqdə verirdim. Amma hazırda çox məşq edə bilmirik. Bu səbəbdən yeməyə fikir vermək lazımdır. Buna riayət etməsək, çəkimiz artacaq. Normal yediyimizin yarısını yeyirik".

Quliyev Azərbaycan xalqına müraciət edərək, hamını evdə qalmağa çağırıb: "Biz çətin dönəmdəyik və bu, hamı üçün belədir. Hər şeyi təkcə özümüz yox, ətrafdakılar üçün də edirik. Sən evdə qalsan, hamını xilas edərsən. Belə bir informasiya var ki, çox adam xəstədir, amma simptomları yoxdur. Bəziləri xəstə olduqlarını bilmir, xəstəliyi daşıyır və digərlərinə ötürür. Ona görə karantin rejimi tətbiq olunub, hər kəs evdə qalsa, çölə çıxmasa, xəstəlik yayılmayacaq. Belə olacağı təqdirdə, xəstəlik çox tez gedər. Hamıya tövsiyə edirəm ki, evdə qalsın".

Qeyd edək ki, Ramil Quliyev dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.

pia.az


Etiket: Ramil Quliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar