Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı döyüşçü UFC-də çıxış edəcək

Milliyyətcə azərbaycanlı olan Rafael Fiziyev dünyanın ən məşhur MMA yarışı olan UFC-də çıxış edəcək

Qırğızıstan vətəndaşlığı olan Fiziyev bu ay UFC ilə müqavilə bağlayıb.

İdmançının özü bu xəbəri üç gün əvvəl Tailandda olarkən öyrənib. Meneceri Sayad Əbdürəhmanovun ona bu xəbəri çatdırmasından sonra idmançı təsirlənib, xəbərə inana bilmədiyini deyib.

"Ataman" ləqəbli Fiziyevin UFC-də ilk döyüşü aprelin 20-də Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq. UFC FN 149 turnirində onun rəqibinin kim olacağı hələlik bilinmir.

Rafael Fiziyev isə iki bayraqla döyüşlərə çıxacaq:

"İnşallah, mən oktaqonda iki bayraq qaldıracağam. Biri ölkəm olan Qırğızıstanın bayrağı olacaqsa, digəri Azərbaycanınkı olacaq. Çünki mən azərbaycanlıyam".

Qeyd edək ki, Rafael Fiziyev peşəkar MMA-da altı döyüş keçirib və hamısında qalib gəlib. Onun qalib gəldiyi döyüşçülər arasında azərbaycanlı Gündüz Nəbiyev də var. Bu döyüş 2016-cı ilin oktyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə olub. Fiziyev birinci raundda Nəbiyevi təslim olmağa vadar edib.

MMA-dan başqa, kikboksinq və muay tayla da məşğuldur. Muay tayda 40 qələbəsi var ki, bunlardan 29-da nokaut qeydə alınıb. Onun MMA-da ən məşhur döyüşlərindən biri 2017-ci ilin iyunun 10-da cənubi koreyalı Seunq Yeon Kimə qarşı döyüşdür. Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş döyüşdə Rafael Fiziyevin əli qırılsa da, qalib gəlməyi bacarıb. (oxu.az)

pia.az


Etiket: Rafael Fiziyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar