Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı deputat: “Bakı İrəvanın kürd yaraqlılarla təmasları barədə hələ iyul ayında elan etmişdi”

Oktyabrın 6-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya tərəfinin Dağlıq Qarabağdakı münaqişə bölgəsində “Cəbhat ən-Nusra”, “Fırkat əl-Həmzə”, “Sultan Murad” terror təşkilatlarının, həmçinin ekstremist kürd qruplarının iştirakına dair sübutlarının olduğunu elan etdi.

Bu açıqlamanı şərh edən Azərbaycan Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov qeyd etdi ki, Azərbaycan tərəfinin malik olduğu etibarlı məlumata görə, kürd silahlıları Ermənistan silahlı qüvvələri tərəfində Dağlıq Qarabağdakı hərbi konfliktdə fəal iştirak edirlər.

“Məlumatlı mənbələrdən əldə edilən informasiyaya əsasən, 2020-ci ilin iyul ayının əvvəlində Kürdüstan Fəhlə Partiyası (PKK) və Kürdüstanın Vətənpərvərlər Birliyinin liderləri ilə erməni emissarları arasında danışıqların aparıldığı barədə xəbərlər daxil olub.

“Onları Türkiyə və Azərbaycanın timsalında “ortaq düşmənə” qarşı mübarizə aparmağa inandıran erməni emissarlar Qarabağdakı döyüşlərdə 1 500-ə yaxın muzdluların iştirakı üçün razılıq əldə ediblər”, deyə N. Səfərov söyləyib.

Azərbaycan tərəfi bu faktlar barədə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini zamanında məlumatlandırıb, lakin təəssüf ki, beynəlxalq ictimaiyyət bir daha Azərbaycan tərəfinin bu xəbərdarlığına əhəmiyyət verməyib.

Əksinə, son vaxtlar informasiya məkanına terrorçu silahlıların guya Azərbaycan tərəfində döyüşdüyünə dair saxta xəbərlər buraxılıb”, - Milli Məclisin deputatı qeyd edib.

“Bunlar tamamilə əsassız, heç bir faktla öz təsdiqini tapmayan iddialardır. Azərbaycan ordusu bölgədəki ən güclü silahlı ordu olduğundan əks hücum əməliyyatımıza əlavə qüvvələrin cəlb edilməsinə zərurət yoxdur. Mən açıq-aydın bir həqiqətə istinad etmək istəyirəm. Azərbaycan muzdluların ələ alınmasına, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı Beynəlxalq Konvensiyaya qoşulub və bu əməllərə görə cinayət məsuliyyəti haqqında normanı milli qanunvericilikdə tətbiq edib. Ancaq, BMT saytında yer alan rəsmi məlumata görə, Ermənistan sözügedən Konvensiyanı nə imzalayıb, nə də təsdiqləyib. Bu baxımdan hesab edirəm ki, terrorçu silahlıları məhz erməni tərəfində axtarmaq lazımdır”, deyə Nizami Səfərov fikrini tamamlayıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Dünya Bankı: Azərbaycanda su sektoruna subsidiyalar azaldılmalıdır

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

Ən çox oxunanalar