Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Qarabağ etirazı


Azərbaycan Dağlıq Qarabağın işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması tələb edir


PİA.AZ Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, İspaniyanın Santiaqo de Kompostela şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 98-ci sessiyası keçirilib. Sessiyada mədəniyyət və turizm nazirinin müavini N.Səmədov, Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri A.Əfəndiyev, Turizm şöbəsinin müdir müavini R.Paşayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Z.Əliyev iştirak ediblər.

Sessiya çərçivəsində "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılıb və nazir müavini çıxış edib. O öz çıxışında viza rejiminin sadələşdirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, birgə marketinq kampaniyalarının keçirilməsi və s. mövzulara toxunub. Bununla yanaşı, N.Səmədov növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bəndin salınmasını və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanmasını təklif edib. Bu təklif tədbir iştirakçıları tərəfindən qəbul edilib.

Qeyd olunan qətnamə layihəsi Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək İcraiyyə Şurasının 99-cu sessiyasında müzakirə olunacaq. Qətnamə qəbul olunacağı halda Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələrinin beynəlxalq turizm sərgilərində iştirakına mane olunacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar