Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 17 % artırıb

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 46 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 88 %-i qədər - 61,6 milyard manat təşkil edib.

Poliqon.info hökumətin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,1 % çoxdur.

Hesabat tarixinə sektorun aktivlərinin 76,4 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 73,1 % olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 24,2 %-dən 20,8 %-ə düşüb, sığorta şirkətlərinin payı 2,5 %-dən 2,6 %-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0,2 % qalıb.

Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar