Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın keçmiş XİN rəhbəri: “Paşinyan Putinə yox, Bakıya zəng etməli idi”

Uzun müddətdir ki, heç kim bu nitqlərə və sevgi etiraflarına inanmır, çünki hamı həqiqətdə nə baş verdiyini çox yaxşı bilir...

Ermənistanın baş naziri Nikol Paşinyan Putinə yox, Bakıya zəng etməli idi”.

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İrəvanın KTMT-yə yardım üçün müraciətini “Minval”a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz suverenliyini müdafiə edir və öz suveren hüquqları çərçivəsində, BMT Nizamnaməsinə tam uyğun davranır.

“Ona görə də nə Rusiyadan, nə də başqalarından yeni heç nə eşitməyəcəyik. Məsələ burasındadır ki, Paşinyan və komandası daim illüziyalar içərisindədir”.

Sabiq XİN rəhbərinin sözlərinə görə, onlar rabitəsiz nitqləri ilə Rusiyaya və Qərbə sevgi etirafı edərlərsə, bütün problemlərin həll olunduğunu düşünürlər.

“Ancaq uzun müddətdir ki, heç kim bu nitqlərə və sevgi etiraflarına inanmır, çünki hamı həqiqətdə nə baş verdiyini çox yaxşı bilir. İllüziyalar və onların hamıdan ağıllı olması ilə bağlı psixoloji mesajlar üzərində qurulan siyasət, fikrimcə, sadəcə ciddi deyil və uzun müddətdir ki, işləmir”, - deyə T.Zülfüqarov sözlərini yekunlaşdırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ən çox oxunanalar