Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 3 yunan-Roma güləşçisi Avropa çempionatının yarımfinalına çıxıb

Azərbaycanın 3 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinala yüksəlib...

"Report"un məlumatına görə, 55 kq-da çıxış edən Eldəniz Əzizli 1/4 finalda Stefan Qriqorova (Bolqarıstan), 63 kq çəki dərəcəsində yer alan Taleh Məmmədov isə Yakopo Sandrona (İtaliya) hesabı ilə qalib gəlib.

Nəhayət, 130 kq-dakı Sabah Şəriəti 1/8 finalda Dariuş Vitekdən (Macarıstan), 1/4 finalda Alin Kiurariudan (Rumıniya) üstün olub.

77 kq-da yarışan Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) dueldən məğlub ayrılıb. 87 kq-da mübarizə aparan İslam Abbasov isə ardıcıl olaraq Turpal Maqamadov (Fransa) və Daniel Erreronu (İspaniya) yensə də, 1/4 finalda Ali Cengizlə (Türkiyə) bacarmayıb. Errero və Cengiz finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edəcəklər.

Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmada uduzduğundan medal şansını itirib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Qadınlarda isə Mariya Stadnik Avropa çempionu olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar