Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda vergi bəyannamələri təkmilləşdirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi məqsədilə bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.

PİA.az xəbər verir ki, bu barədə Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, bəyannamə formalarının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi məqsədilə Dövlət Vergi Xidmətində yaradılmış müvafiq işçi qrupu tərəfindən aparılmış təhlillər nəticəsində məlumat bazasının genişləndirilməsi ilə əlaqədar bəyannamələr və onların əlavələrinin formalarında düzəlişlər edilməsinə zərurət yarandığı müəyyən olunub.

Bununla əlaqədar “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Mədən vergisinin bəyannaməsi” və onların əlavələrinin formalarına, o cümlədən tərtib edilməsi qaydalarına dəyişiklik edilib.

Yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları ilə Dövlət Vergi xidmətinin rəsmi saytında (https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar) tanış olmaq mümkündür.

Qeyd edək ki, bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə fəaliyyət göstərir (https://www.taxes.gov.az/az/page/beyanname-formalarina-dair-tekliflerin-verilmesi).

Vergi ödəyiciləri bütün növ vergi bəyannamələrinin formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər. Bəyannamə formaları ilə bağlı bütün təkliflər bu məqsədlə yaradılmış müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrənilir və təhlil edilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar