Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda təzə ət qıtlaşır, yerini dondurulmuş ət tutur

Azərbaycan xaricdən dondurulmuş qırmızı ət idxalını getdikcə artırır

Bildirilir ki, Azərbaycana ixrac edilən dondurulmuş mal əti Ukraynanı ümumi ət ixracının 26.4 faizini təşkil edir.əkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Məlumatı Ukraynanın Dövlət Gömrük Xidməti yayıb.

Azərbaycan Dövlət Gömrük Xidmətinin statistikasına əsasən isə ölkəyə bu ilin yanvar ayında xaricdən 5.04 min ton ət idxal edilib. Bu malın idxal gömrük bəyannaməsində ümumi dəyəri 7 milyon dollardan çoxdur.

Fevral ayında isə Azərbaycana 9.14 min ton ət idxalı (12.6 milyon dollar dəyərində) həyata keçirilib. Beləliklə, təkcə iki ayda ölkəyə ət idxalı 14 min tonu keçib.

Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır. İki il əvvələ qədər bunun 263 min tonu yerli istehsal hesabına ödənilirdi.

Lakin statistik rəqəmlərdən görünür ki, ölkəyə dondurulmuş ətin idxalı artır və təkcə son iki ayda idxal edilən dondurulmuş ətin həcmi orta hesabla iki aylıq tələbatın (62 min tona yaxın) az qala dörddə birini təşkil edir. Bu da ölkədə ət istehsalının sürətlə azaldığını və yerli təzə ətin yerini xaricdən idxal edilən dondurulmuş ətin tutmağa başladığını göstərir.

Dövlət Statistika Komitəsi ilin əvvəllərində açıqlamışdı ki, ötən il ölkəyə ət idxalı miqdar ifadəsində 16.3 faizdən çox artıb.

Ekspertlərə görə ət istehsalının azalmasının və nəticədə idxalın artmasının başlıca səbəblərindən biri son illərdə ölkədə örüş sahələrinin fermerlərin əlindən pambıq və digər texniki bitkilərin əkini üçün alınması və nəticədə heyvandarlıqla məşğul olan kiçik, orta fermer təsərrüfatlarının sıradan çıxmasıdır. Habelə yem bazasının məhdudluğu və yemin baha olması nəticəsində maya dəyərinin artması heyvandarlığın tənəzzülünə təkan verən amillərdən biridir. İdxalın artmasının səbəblərindən biri də yerli ətin qiymətinin yuxarıda sadalanan amillərin təsiri ilə artması nəticəsində iaşə müəssisələrinin, dövlət təşkilatlarının daha ucuz olan dondurulmuş ətə üstünlük verməsidir.

Qeyd edək ki, xaricdən idxal edilmiş dondurulmuş ət əsasən ictimai iaşə müəssisələrində, dövlət təşkilatlarında istifadə olunur.(virtualaz.org)

pia.az


Etiket: ət idxalı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar