Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “quş qripi” ilə bağlı vəziyyət açıqlandı

Bu günlərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində yüksək patogenli "quş qripi" xəstəliyinin H5N8 tipinin qeydə alındığı bildirilib

Bununla əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qonşu ölkə ilə həmsərhəd rayonların baytarlıq idarələrinə ayrı-ayrı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan ev və sənaye quşlarından müayinə üçün nümunələrin götürülməsinə və baytarlıq baxışının keçirilməsinə dair göstəriş verib.

Dövlət Xidmətindən bildirilib ki, verilən göstərişə uyğun olaraq baytarlıq mütəxəssisləri tərəfindən Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Lənkəranİmişli rayonlarının İran İslam Respublikası ilə sərhəd kəndlərində saxlanılan təsərrüfatlardan 263 baş ev quşunun qan nümunəsi götürülüb. Quşlardan götürülən qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün göndərilib.

Baytarlıq baxışı keçirilən ərazilərin təsərrüfatlarında isə xəstə və xəstəlikdən tələf olan ev quşlarına təsadüf edilməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, artıq laboratoriyada "quş qripi"nə görə götürülən nümunələrin müayinəsi başa çatıb və onların heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkar edilməyib.

Dövlət Baytarlıq Xidməti aparılan müayinələrin nəticələrinə və keçirilən baytarlıq baxışlarına əsasən bildirir ki, hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir.

pia.az


Etiket: Quş qripi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar