Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qiymətli metallar və qiymətli daşlara dair dövlət standartları təsdiq edilib

Azərbaycanda istehsal olunan və satılan zərgərlik məmulatlarına dair keyfiyyət meyarlarının yaradılması məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS ISO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metalların ərintilərinin əyarları” və AZS ISO 18323:2021 “Zərgərlik məmulatları – Almaz sənayesində istehlakçıların inamı” dövlət standartları təsdiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, standartlar “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin təqdimatı əsasında Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartların tətbiqi zərgərlik sənayesində istifadə olunan qiymətli metalların ərintilərinin əyarlarını, almaz, emal olunmuş almaz, sintetik almaz, kompozit almaz və almaz imitasiyalarını təsvir etmək üçün təlimatları müəyyənləşdirməyə xidmət edəcək.

Qeyd edək ki, standart layihələrinin müzakirəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, “AzərGold” QSC-nin, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti qurumların mütəxəssisləri iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ən çox oxunanalar