Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda müddətli həqiqi hərbi xidmət 6 aya endirilir? 

Altı aya əsgər hazırlamaq mümkündürsə, orduda xidmət müddətini hər kəs üçün indiki 1-1,5 ildən 6 aya endirməliyik.

Pravda.az-ın xəbərinə görə, bu təkliflə REAL Partiyasının sədri İlqar Məmmədov çıxış edib.

Onun sözlərinə görə, 6 ay da xidmət etmək istəməyən vətəndaş isə rəsmi ödəniş əsasında hərbi xidmətdən tamamilə azad oluna bilər: "Ümumi təsəvvürü yaransın deyə 1 aylıq təlim keçə bilər, vəssalam. Canında və ağlında vuruşmaq yoxdursa, bəlkə o da artıqdır. İndi baxaq görək bugün deputat Elnur Allahverdiyev Milli Məclisdə nə deyib. Deyib xidmət müddəti 1 - 1,5 il qalsın, amma onu 6, ya da 2 aya endirmək istəyən vətəndaş müəyyən rəsmi ödəniş əsasında xidmətdən azad olunsun. Fərqi hiss edirsiniz? Ticarət təfəkkürü və bacarığı ilə tanınan adamları dartıb siyasətə gətirəndə, onlar ordunun qapısına da qiymət lövhəsi asarlar. Yaşadığım seçki dairəsinin deputatına izah etməyə məcburam ki, orduda xidmət yalnız və yalnız hərbi hazırlıq məqsədinə qulluq etməlidir. Bu hazırlığa 6 aya nail olmaq mümkündür? Bəli, mümkündür. Onda əlavə 6 aya görə kimsə niyə pul ödəsin? Bizim mövqeyi təkrar edirəm: 1. Hərbi xidmət müddəti hər kəs üçün 6 aya endirilsin, 2. Heç xidmət etmək istəməyən xüsusi vergi ödəsin, 3. Ən yaxın zamanda peşəkar orduya keçid təmin edilsin", - partiya sədri qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ərəstun Oruclu: Putinin Qafqazda ciddi dəstəyə ehtiyacı var...

Ən çox oxunanalar