Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək

Dekabrın 18-20-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.

Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq.

Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, “Təsviri sənət və müasir çağırışlar” “Mədəni irs və müasir memarlıq-Şəhəralma prinipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

Forumda iştirak etmək istəyən şəxslər dekabrın 10-dək onlayn müraciət forması (https://culture.az/medeniirsforumu ) ilə qeydiyyatdan keçə bilərlər.

Poliqon.info 


Etiket: Forum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar