Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda İİV viruslu 969 nəfər vəfat edib, 6193 nəfər isə bu xəstəliklə yaşayır – Fotolar

Günəş Cəfərova: “Virusa qarşı vaksin və tam müalicə mövcud deyil”

Martın 26-da “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu” mövzusunda təlim keçirilib.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, təlim Respublika QİÇS-lə Mübarizə Mərkəzi və QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə baş tutub.

Media nümayəndələri və tələbələrin də iştirak etdiyi təlimi giriş sözü ilə qurumun media-treneri Ceyhun Nəcəfov açıb. O, təlim barəsində məlumat verərək qeyd edib ki, tədbirin əsas məqsədi adı çəkilən xəstəlik barəsində media vasitəsi ilə cəmiyyətin maarifləndirilməsi, xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmaqdır.

Daha sonra mərkəzin ambulator yardım şöbəsinin müdiri Günəş Cəfərova İİV infeksiyası (İnsanın İmmun Çatışmazlığı), QİÇS (Qazanilmiş İmmun Çatışmazlığı Sindromu) haqqında geniş məlumat verib.

G.Cəfərova virusun yaranma tarixindən söz açıb, yoluxma risklərindən danışıb: “İİV və QİÇS sindromunu fərqləndirmək lazımdır. İİV infeksiya, QİÇS isə bu infeksiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxır. Bu virusun tarixində gəldikdə isə, bu haqda bir neçə versiya irəli sürülür. Əsas iddialardan biri isə budur ki, xəstəlik ötən əsrin 50-ci illərində Mərkəzi Afrikada meymunlardan insanlara keçib. Daha sonra isə bütün dünyaya yayılmağa başlayıb.

Hazırda dünyada bu virusa yoluxanların sayı artmaqda davam edir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində infeksiyaya yoluxanların təxminən üçdə biri, hətta 50 faizi xəstəliyindən xəbərsizdir. Hesablamalara görə, hər il dünyada bu virusa yoluxanların sayı 2 dəfə artır”.

G.Cəfərova məlumat verərək bildirib ki, Azərbaycanda İİV infeksiyasına ilk dəfə 1987-ci ildə rast gəlinib: “Xəstəlik Afrikadan olan tələbədə və onun partnyorunda aşkar edilib. Beləliklə 1987-2018-ci illər ərzində Azərbaycanda 7408 nəfər İİV-lə əlaqədar qeydiyyata alınıb. Onlardan 6538 nəfəri, yəni 97 faizi Azərbaycan vətəndaşıdır. Xəstələrdən 969 nəfəri vəfat edib. Bu il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 6193 nəfər İİV-lə yaşayan xəstə var. Onlardan 71 faizi kişilər, qalanı qadınlardır. İİV infeksiyası 25-49 yaş arası olanlarda üstünlük təşkil edir - 80,7 faiz. QİÇS mərhələsində olanların sayı isə 25 faizə bərabərdir. Xəstələrin 2 faizini 17 yaşadək uşaqlar təşkil edir. İİV-ə yoluxma hallarında üstünlük 43,6 faizlə infeksion narkotik istifadəçilərin payına düşür”.

G.Cəfərovanın sözlərinə görə, virus və xəstəliyin etiotrop müalicəsi ömürlükdür və antiretrovirus terapiya adlanır: “Azərbaycanda bu müalicə üsulu 2006-cı ildən etibarən tətbiq olunur. Virusa qarşı vaksin və tam müalicə mövcud deyil. Lakin vaxtında qoyulan diaqnoz ölüm hallarının qarşısını ala bilər. Özünü elə də büruzə verməyən xəstəliyin gizli mərhələsi bəzən 10 ilə qədər davam edə bilər.

İİV-ə yoluxmuş insanlar RQMM-in dispanser qeydiyyatına götürülür və onların müntəzəm müşahidəsi aparılır. İİV-lə yaşayan insanlara və onların ailə üzvlərinə psixoloji yardım göstərilir və infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri həyata keçirir. İİV-infeksiyası zamanı inkişaf edən ikincili xəstəliklərin profilaktikası və müalicəsi müvafiq dərman preparatları ilə aparılır. Ehtiyac olduqda, xəstələrə xüsusi antiretrovirus (ARV) preparatları ilə müalicə aparılır. ARV-müalicəni müntəzəm qəbul edən şəxslərin həyat keyfiyyəti yüksəlir və onlar aktiv həyat və iş fəaliyyətlərini davam etdirilər. Xəstələrin vəziyyətindən asılı olaraq, RQMM tərəfindən stasionar şöbəsində və ev şəraitində palliativ yardım göstərilir”.

Təlimdə xəstəliyə yoluxma və ondan qorunma üsullarından da söz açılıb: “Yoluxma əsasən 3 yolla – cinsi, damardaxili infeksiyalar, transplansentar yolla baş verir. Kişilərdə yoluxma qadınlara nisbətən 15-20 dəfə çoxdur. QİÇS-li xəstə şəxslərdə və eləcə də virus daşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili likvorda olur. Amma məsələn, ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində İİV virusuna çox az rast gəlinir.

Bu virusdan qorunmağın üsullarına gəldikdə isə, əsas qaydalar bunlardır: qorunmadan cinsi əlaqə girməməli, dezinfeksiya edilmədən şpris, iynə, cərrahi alətlər, ülgüc, qayçı, stomologiya alətlərindən istifadə edilməməlidir”

Daha sonra tədbirdə infeksiya və xəstəliyə aid videoçarx nümayiş olunub.

Ceyhun Nəcəfov “Kütləvi informasiya vasitələrinin İİV/QİÇS-lə bağlı stiqma və diskriminasiya ilə mübarizədə rolu” mövzusunda çıxış edərək virus və xəstəliklə bağlı media standartları, xəbərin təqdim edilmə qaydası, cəmiyyətin düzgün maarifləndirilmə formaları və xəstəliklə mübarizədə qalib gəlmə yolları haqqında məlumat verib.

O, həmçinin hər iki terminin mənası, yaranma tarixi, səbəb və fəsadları barəsində danışıb: "Cəmiyyətdə İİV və QİÇS-dən əziyyət çəkənlərə qarşı stiqma və diskriminasiyanın artması və ya azalması kütləvi informasiya vasitələrinin yaydığı məlumat və xəbərlərdən asılıdır. Bunu bilmək lazımdır ki, İİV və QİÇS diaqnozu ölüm hökmü deyil. Həmin virus və xəstəlikdən əziyyət çəkənlər digərləri kimi sağlam və işgüzar həyat tərzi keçirirlər. Belə xəstələrə qarşı stiqma və diskriminasiyaya iş yerlərində, kütləvi informasiya vasitələrində, səhiyyə və hüquq-mühafizə müəssisələrində rast gəlinir. Bütün bunlar həmin xəstələrin cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Damğalama və ayrı-seçkiliyin, o cümlədən, xəstəliyə yoluxma hallarının qarşısını almaq üçün maarifləndirmənin böyük əhəmiyyəti var. Burada kütləvi informasiya vasitələrinin də üzərinə məsuliyyət düşür. Belə ki, media qurumları İİV/QİÇS xəstələrinə qarşı tolerant münasibətin formalaşmasında mühüm rol oynayır”.

Təlimdə mövzular ətrafında müzakirələr aparılıb, virus və xəstəliklə bağlı maarifləndirici bukletlər paylanılıb.(musavat.com)

pia.az


Etiket: İİV virus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar