Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dəhşət: Dərman istəyən arvadını döyərək öldürdü - Foto,Video,Yeniənib

“Bacımı əri ilə qayınanası döyüblər”.

Bunu Lent.az-a açıqlamasında Ağstafada döyülərək öldürülən 35 yaşlı Günel Məmmədovanın qardaşı Ramin Həsənov deyib.

“Bacımın uşağı xəstəlikdən əziyyət çəkir. Ona görə də dövlət onun aylıq dərmanlarının alınması üçün 300 manat müavinət təyin edib. Ailə də hər ay həmin kartdan 260 manatı çıxarıb kreditə verirdi. Aprelin 8-də bacım Günel əri Məmmədov Ayaz Kərəm oğluna deyib ki, kartdan pul çıxarmağa gedirsən onsuz, elə uşağa dərman da al. Əri də deyib ki, dərman 20 manatdır. Bahadır, necə alım? Həmin məsələyə görə Ayazla anası Güneli döyüblər. Təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbə endiriblər. Bacımın ağzından və qulağından qan gəlirdi”, - R.Həsənov bildirib.

Onun sözlərinə görə, Günel Məmmədova aprelin 8-dən xəstəxanada yatıb:

“Dünən axşam artıq can verirdi. Ağsaqqallar məsləhət etdilər ki, evə gətirək. Bu gün səhər Dağ Kəsəmən kəndində, mənim evimdə vəfat etdi”.

10:44

Ağstafa rayonunda ər arvadını döyərək öldürüb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ayaz Məmmədov münaqişə zəminində arvadı, rayonun Dağ Kəsəmən kənd sakini Günel Həsənovanı təpik və yumruq zərbələri ilə vuraraq döyüb. Bədəninin müxtəlif nahiyələrində ağır xəsarət almış yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Günel Həsənova bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, hadisəyə səbəb qadının ərindən aptekdən dərman almasını istəməsi olub.

Cütlüyün bir azyaşlı qız övladı var.

Fotolar

Poliqon.info


Etiket: qətl pul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar