Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 113,8% təşkil edib. Halbuki, yanvar-fevral aylarının yekununda illik inflyasiya 13,9% olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1%, qeyri-ərzaq məhsulları üzrə 112%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6% təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,7%, ötən ilin mart ayına nisbətən isə 113,6% olub.

Martda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi fevralla müqayisədə 101,3%, ötən ilin mart ayına nisbətən isə 116,8% təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin, azalma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 100,3%, ötən ilin mart ayına nisbətən 111,6% olub. Qeyri-ərzaq məhsullarından daha çox artım mebellərin, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, şampunların, azalma isə əsasən kəsilmiş taxtaların, kompüterlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə fevralla müqayisədə 100,2%, ötən ilin mart ayına nisbətən 110,8 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin icarə haqlarında, minik avtomobillərinin, mebellərin, məişət cihazlarının təmiri, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Poliqon.info


Etiket: qiymət məhsul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Ən çox oxunanalar