Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu maşınların qiyməti qalxacaq

Son zamanlar ölkənin maşın bazarında durğunluq müşahidə olunur...

Ekspertlər bu sabitliyin yaz aylarına qədər davam edəcəyini və aprel ayından etibarən qiymətlərin bahalaşacağını deyirlər. Bəs görək, yaxın zamanlarda Azərbaycanın maşın bazarında hansısa qiymət dəyişikliyi olacaqmı?

"2020-ci ilin ortalarından etibarən istehsal və tələbat azalacaq".

PİA.az xəbər verir ki, bu sözləri lent.az-a Azərbaycanda maşın bazarındakı qiymətlərdən danışan avtomobil eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, Avropada istehsal olunacaq avtomobillərə yeni təhlükəsizlik sistemləri quraşdırılacağı üçün bəzi avtomobillərin qiyməti artacaq:

"Hazırda Azərbaycanın istər ikinci əl, istərsə də yeni avtomobil bazarında qiymətlər stabildir. Bundan sonra da qəfil artım olacağını düşünmürəm. Ancaq ola bilər ki, il ərzində yeni avtomobillərin qiymətində 5% qiymət artımı olsun. Bu da Avropa ölkələrində istehsalçıların təhlükəsizliklə bağlı irəli sürdüyü tələblərlə əlaqədardır. Belə ki, həmin ölkələrdə istehsal olunacaq avtomobillərə yeni təhlükəsizlik sistemləri quraşdırılır. Bütün bunlar az da olsa qiymət artımına təsir edə bilir".

2020-ci ilin ortalarından etibarən istehsal və tələbatın kəskin azalacağını deyən ekspert, bunun səbəblərinə aydınlıq gətirib:

"Düşünürəm ki, bu ilin ortalarından etibarən, dünya üzrə avtomobil sektorunda kəskin geriləmə müşahidə olunacaq. İstehsal və tələbat azalacaq. Əvvəlki proqnozlarda hesab edirdik ki, 2022-ci ilə qədər avtomobil sektorunda 20%-dən çox artım olacaq. Ancaq indiki dövrdə düşünürük ki, 2020-ci ilin ortalarından etibarən istehsal və tələbat azalacaq. Bu isə şirkətlərin ekoloji təmiz maşınlar istehsalına başlaması və Yaponiya kimi böyük istehsalçı ölkələrdə bir sıra zavodların köçürülməsi ilə əlaqədardır".

pia.az


Etiket: maşınlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Ən çox oxunanalar