Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq məhsul satılıb. Bunun 33 milyardı ərzaq, qalanı qeyri-ərzaq məhsulları olub...

2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Modern.az-ın məlumatına görə, ötən il Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb.

Belə ki, 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manat pul xərcləyib. Bu, 2022-ci illə müqayisədə 52,4 manat və ya 12,1 faiz çoxdur.

Pərakəndə ticarətdə 484,2 manat xərcin 270,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 213,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Ekspertlərin sözlərinə görə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub. Ona görə də adambaşına düşən xərclər artıb. Yəni insanlar eyni məhsulu almaq üçün daha çox vəsait xərcləməli olub.

Qeyd edək ki, ötən il Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilə nisbətən 108,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6%, qeyri-ərzaq məhsulları üzrə 108,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2% təşkil edib.

2022-ci ildə Azərbaycanda orta illik ərzaq inflyasiyası 19,5 faiz olubsa, keçən il bu rəqəm 9,6 faiz təşkil edib. Lakin ölkəmizdə ərzaq inflyasiyası azalır.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycanda inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Məlumatda deyilir ki, xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib.

Poliqon.info


Etiket: pul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar