Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 5 ayda bahalaşan və ucuzlaşan məhsullar- SİYAHI



Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb


Bu ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri mayda əvvəlki ayla müqayisədə sabit qalıb.

Ötən ay ərzində un, manna və qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, yumurta, marqarin və qarğıdalı yağları, banan, çiyələk, pomidor, xiyar, sarımsaq, soğan, kartof, şəkər və şəkər tozu və şokolad məmulatlarının qiymətlərində azalma, toyuq əti, zeytun və kərə yağları, alma, yerkökü, göyərti, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabıların təmiri, mənzillərin icarə haqqı, stomatoloji xidmətlər, avtomobillərin təmiri, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti, respublika daxilində istirahət turları və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində artım, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidməti, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti və respublikadan kənara istirahət turlarının qiymətlərində isə azalma müşahidə olunub.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Badamdarda villa tikənlər sakinlərin narazılığına səbəb oldular - Rəsmi açıqlama 

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar