Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 3 rayonda ağaclar qanunsuz kəsilib, 42 min manat ziyan dəyib

Azərbaycanda 3 rayonda ağaclar qanunsuz kəsilib, 42 min manat ziyan dəyib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində İsmayıllı, AğcabədiLerik rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Aparılan araşdırmalarla İsmayıllı rayonu Tircan kəndində, Ağcabədi şəhəri ərazisində yerləşən “Üzeyir Hacıbəyli təsərrüfatı” adlanan ərazidə dövlət mülkiyyətində olan pay torpağında meşə fonduna daxil olmayan, Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 341 ədəd ağac və kolun kəsilməsi, habelə təbii fəlakət nəticəsində aşmış 32 ədəd müxtəlif cinsli ağacların gizli olaraq talanması nəticəsində təbiətə 42 min manatdan çox ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq), 259.1-ci (qanunsuz ağac kəsmə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

pia.az 


Etiket: Ağac


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar