Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İran XİN başçılarının dalbadal təmasları... - Mövcud gərginlik azalacaq?

Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov 7 və 8 aprel tarixlərində telefonla danışıblar...

Politoloq: “İranAzərbaycan XİN-lərinin iki gün ard-arda telefon danışığı həqiqətən də onu göstərir ki, vəziyyətin ciddiliyini tərəflərin hər ikisi başa düşür və qəbul edirlər”.

“İki dövlətin bölüşdürə bilmədiyi heç nə yoxdur. Süni şəkildə yaradılan anlaşılmazlıqların bizə ziyan vuracağını bildiyimiz halda bu durumu davam etdirmək və onun əziyyətini çəkmək bizlərdən başqa kimsələrin ziyanına olmayacaq”.

Bu sözləri politoloq Azər Qasımov İranAzərbaycan xarici işlər nazirlərinin iki gün dalbadal telefonla danışmasını Poliqon-a şərh edərkən qeyd edib.

İranAzərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu təbiidir. İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq.

Bəs İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqları mövcud gərginliyi azalda bilər?

Hazırkı Azərbaycan-İran münasibətləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalda biləcəyi qənaətindəyəm”.

Azərbaycan dövlətinin onsuz da bu proseslərdə səbrli davrandığını xatırladan politoloq bildirib ki, bundan sonra da belə olacağı açıqdır:

İranAzərbaycan XİN-lərinin iki gün ard-arda telefon danışığı həqiqətən də onu göstərir ki, vəziyyətin ciddiliyini tərəflərin hər ikisi də başa düşür və qəbul edirlər. İranın XİN bu telefon danışığına ehtiyac duyması və səbəbkar olması isə onu göstərir ki, İran da deyildiyi kimi ən azı müharibə şəraitində maraqlı deyil. İqtisadi layihələrin davam etdirilməsinin razılaşdırılması və bundan söz açması regionun daha çox inkişafa ehtiyacı olduğunu hər iki tərəfə sərf etdiyini göstərir, nəinki qarşıdurma və bunun nəticəsində də müharibəyə.

Hesab edirəm ki, İran dövləti bu addımla ziyanın yarısından dönmək istəyir. İran kimi tarixə malik olan ölkəyə bu yaraşardı. Azərbaycan dövləti onsuz da bu proseslərdə səbrli davranıb. Bundan sonra da belə olacağı açıqdır. Regionun iqtisadi inkişaf və əmin-amanlıq yolu ilə inkişaf etməsi üçün addımlar varkən qarşıdurma yaradacaq addımlar atmaq ilk növbədə İran dövlətinə yaraşmaz. Ona görə də mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalda biləcəyi qənaətindəyəm.

İki dövlətin bölüşdürə bilmədiyi heç nə yoxdur. Süni şəkildə yaradılan anlaşılmazlıqların bizə ziyan vuracağını bildiyimiz halda bu durumu davam etdirmək və onun əziyyətini çəkmək bizlərdən başqa kimsələrin ziyanına olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar