Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Təhsil Şurasının fəxri sədri bu gün vəfat edib

Əjdər Ağayevin həyat yolu

Azərbaycan Təhsil Şurasının fəxri sədri, tanınmış təhsil eksperti Əjdər Ağayev 81 yaşında dünyasını dəyişib.

Bu barədə “Report”a mərhumun ailə üzvləri məlumat veriblər.

Məlumata görə, Ə.Ağayev bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

Onun Mehdiabad qəbiristanlığında dəfn olunması nəzərdə tutulub.

Qeyd edək ki, Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). “Azərbaycan məktəbi” jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981). Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub.

Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. İlk hekayəsi “İlk və son mahnı” 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində, “Bir də çal o mahnını” adlı ilk şeri isə 1957-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. 200-dək şerinə mahnı bəstələnib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirib. Akademik Mehdi Mehdizadə adına mükafatın və “Araz” ali ədəbi mükafatın laureatıdır. Azərbaycan Təhsil Şurasının sabiq sədridir.

Allah rəhmət eləsin!

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar