Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb...
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0,42 ABŞ dolları və ya 0,51% azalaraq 83,01 ABŞ dollarına enib. Belə ki, ötən gün bu rəqəm 83,43 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Poliqon.info