Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisinin baş məşqçisi: Qarşımıza ölkəmizin adına layiq mübarizə aparmaq məqsədi qoyulub

Qarşımıza Azərbaycanın adına layiq mübarizə aparmaq məqsədi qoyulub...

Bunu “Report”a açıqlamasında kişi voleybolçulardan ibarət Azəbaycan milli komandasının baş məşqçisi Fərid Cəlalov deyib.

Qızıl Avropa Liqasında mübarizəyə qoşulacaq yığmanın rəqibləri barədə danışan mütəxəssis turnirə ciddi hazırlaşdıqlarını bildirib: “Bizi mayın 17-də və 19-da Bakıda müvafiq olaraq Rumıniya və Ukrayna milliləri ilə oyunlar gözləyir. Estoniya, Lüksemburq, Belçika və Makedoniya yığmaları qrupdakı digər rəqiblərimiz olacaq. Hə biri yüksək səviyyəli komandalardır. Makedoniya və Lüskemburqa əvvəlki oyunlarda qalib gəlmişik. Digərləri ilə başabaş mübarizə apardığımızı deyə bilərəm.

Tək Belçika yığması ilə sınaq bizim üçün ilk olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır. Meydançaya yaxşı nəticə üçün çıxacağıq. Voleybolçularımızla qarşılıqlı söhbətlərimiz olub. Onlara dövlət bayrağımızın və ölkəmizin idman şərəfinin yüksək səviyyədə təmsil olunması tapşırığı verilib. "Dördlər finalı"na yüksəlib-yüksəlməyəcəyimizi zaman göstərəcək”.

F.Cəlalov Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində məşqlərə başladıqlarını söyləyib: “Ölkə çempionatının finalından sonra bir qədər fasilə verdik. Hazırlığımız yüksək səviyyədə davam edir, zədəli oyunçularımız yoxdur. Birləşmiş Ərəb Əmirliklərinin "Hatta" komandasında çıxış edən Andrey Vasilenko mövsüm başa çatmadığı üçün yığmanın düşərgəsinə qoşulmayıb. Lakin mayın 8-dən etibarən bizimlə bərabər olacaq. Demək olar ki, millimizin heyətinin əksəriyyətini gənclər təşkil edir. Bəzi voleybolçuların karyeralarını başa vurması səbəbindən gəncləşdirmə siyasəti aparmağı qərar aldıq. Ümid edirəm ki, hər kəs əlindən gələni edəcək. Zamanımız azalıb, iki həftə ərzində oyunlara hazırlaşmalıyıq”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Badamdarda villa tikənlər sakinlərin narazılığına səbəb oldular - Rəsmi açıqlama 

Ən çox oxunanalar