Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırdılar - Foto

150 könüllüdən ibarət Azərbaycan nümayəndə heyəti on minlərlə zərərçəkmişə müxtəlif dəstəkverici humanitar xidmətlər göstərib...

Türkiyədə zəlzələ bölgəsində könüllü kimi çalışan gənclərimiz öz qardaşlıq borcunu yerinə yetirib, ötən gün vətənə yola düşüblər. Bir ay müddətində ümumilikdə 150 könüllüdən ibarət Azərbaycan nümayəndə heyəti on minlərlə zərərçəkmişə müxtəlif dəstəkverici humanitar xidmətlər göstərib. Xüsusi qeyd olunmalıdır ki, bu, Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi yadda qalacaq.

Kahramanmaraş şəhərində baş tutan yola salınma mərasimində iştirak edən Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndələri, Türkiyəli könüllülər, yerli sakinlər, o cümlədən könüllülərimizin dostlarına çevrilmiş uşaqlar Azərbaycan könüllülərinə minnətdarlıq ifadə edib, gənclərimizin zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirib, onlara bu müddət ərzində göstərdikləri qardaş dəstəyinə görə təşəkkürlərini çatdırıb, uğurlu yol arzulayıblar. TÜGVA nümayəndələri bu müddət ərazində çiyin-çiyinə işlədikləri Azərbaycan könüllülərinin əzmkarlığına heyran olduqları, onların əsl qardaşlıq nümunəsi göstərdiklərini vurğulayıblar.

Məlumat üçün bildirək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ən çox oxunanalar