Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan könüllüləri Malatyada uşaqlar üçün çadırlar qurub

Könüllülərin növbəti qrupu ötən gün qardaş ölkənin zəlzələdən zərər çəkmiş bölgələrinə yola düşüb...

Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş, Hatay, Adıyaman ilə yanaşı, ilk dəfə Malatya şəhərində də yerli sakinlərə xidmət ediblər.

"Report"un məlumatına görə, artıq 10 gündən çoxdur ki, təbii fəlakət bölgələrindəki çadır şəhərciklərdə çalışan könüllü gənclərimiz minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edir.

Qeyd edək ki, mütəmadi olaraq Azərbaycan könüllüləri zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını işini icra edir, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Könüllülər həmçinin ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Eyni zamanda, gündəlik olaraq Azərbaycan gəncləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə uşaqlar üçün çadırların quraşdırılmasını təmin edir. Belə ki, ötən gün Malatyada çadırlar qurularaq, ana-uşaq dəstək mərkəzi kimi istifadəyə verilib. Bununla yanaşı, azərbaycanlı könüllülər tərəfindən təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti də göstərilir, uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər növ fəaliyyətlər təşkil olunur. Belə ki, ötən gün ilk dəfə uşaq mərkəzlərinin birində uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün şərait yaradılıb.

Həmçinin, könüllülərin növbəti qrupu ötən gün qardaş ölkənin zəlzələdən zərər çəkmiş bölgələrinə yola düşüb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar