Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan könüllüləri Adıyamana gedib, zəlzələdən zərərçəkən uşaqlara dəstək veriblər

Azərbaycanlı gənclər yük maşınlarının boşaldılmasında iştirak edib, qida, paltar, digər yardımın paylanmasını həyata keçirib...

Azərbaycan könüllüləri Türkiyədəki zərərçəkən uşaqlara dəstək verir.

Bu barədə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Qeyd olunub ki, böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələninin yaratdığı kədəri Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz və xalqımız faciənin ilk saatlarından səfərbər olub.

Qardaş ölkə ilə dostluğumuzun və həmrəyliyimizin təcəssümü olaraq zərərçəkənlərə kömək etmək məqsədilə Türkiyəyə yollanan Azərbaycan könüllüləri Kahramanmaraş və Hataydan sonra Adıyamana da gedərək fəaliyyət zonasını genişləndirib, bu ərazilərdə yerli əhali, habelə həssas vəziyyətdəki uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər.

Ötən gün ərzində, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində zərərçəkənlərə xidmət göstəriblər. Həmçinin, könüllülərimiz səhər vaxtı yerli əhaliyə səyyar şəkildə isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə müvafiq yardımları çatdırıb, o cümlədən kəndlərə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak ediblər. Həmçinin, zəlzələdən zərərçəkmiş sakinlərin yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib.

Şübhəsiz ki, təbii fəlakətdən ən çox təsirlənənlər isə bu faciənin kəskin travmalar buraxdığı uşaqlardır. Zəlzələdən zərər çəkənlərin, xüsusilə də uşaqların müsbət əhvali-ruhiyyəyə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan könüllüləri tərəfindən uşaq bağçası kimi yaradılmış üç çadırda xidmət həyata keçirilib, o cümlədən kədər, itki və qəmginliyi olan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar təşkil ediblər.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) İdarə Heyətinin üzvü Emrullah Gür və AK Parti Niğde millət vəkili Yavuz Ergün könüllülərimizin düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə edib.

Eyni zamanda, ötən gün ərzində könüllülərimiz tərəfindən Adıyamanda da güclü dağıntılara səbəb olan zəlzələ nəticəsində zərərçəkmiş əhali üçün çoxsaylı xidmətlər icra edilib. Azərbaycanlı gənclər yük maşınlarının boşaldılmasında iştirak edib, qida, paltar, digər yardımın paylanmasını həyata keçirib.

Zəlzələdən zərərçəkənlər üçün Adıyamanda salınmış düşərgədə könüllülərimiz tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərəcək iki çadır qurulub, daha bir çadır isə sırf qadınlara psixoloji və digər xidmətləri göstərmək üçün hazırlanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ən çox oxunanalar