Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan klubu Avropanın ən güclü komandası ola bilər

Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa Kubokunda Azərbaycanın “Odlar Yurdu” komandası final mərhələsində mübarizə aparacaq.

“Odlar Yurdu” qrupu lider kimi başa vuraraq finalda mübarizəni davam etdirmək imkanı əldə edib. Şəhriyar Məmmədyarovun lideri olduğu komanda qrupda keçirdiyi beş görüşdə iki heç-heçə edib və üç qələbə qazanıb. “Odlar Yurdu” V turda Azərbaycanın digər komandası olan “Təhsil İdman” klubunu 3:1 məğlub edib. “Təhsil İdman” qrup sonuncusu – altıncısı kimi turnirlə vidalaşıb.

Bu gün Bakı vaxtı ilə saat 16:30-da final mərhələsinə start veriləcək. Dairəvi sistemlə iki gün keçiriləcək finalda “Odlar Yurdu”nun rəqibləri bu komandalardır: “Ladya”, “Mednı Vsadnik” (hər ikisi Rusiya), “Hamburqer Şaxklub”, “Daytsizau” (hər ikisi Almaniya), “Klişi Eşek 92” (Fransa), “Novı Bor” (Çexiya), “Qildford” (İngiltərə), “Poland Husars” (Polşa), qadın şahmatçıların yarışında isə Avropa Kubokunun son qalibi kimi “Serkl Deşek 92” (Monako).

Qeyd edək ki, qalib komandaya “Monte Karlo Kuboku” və dörd min avro veriləcək. Gümüş medalçı üç min, bürünc mükafatçı isə iki min avro alacaq. Dördüncü və beşinci yerləri tutan komandalar isə müvafiq olaraq 1 500 və 1000 avro qazanacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Ən çox oxunanalar