Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan kibertəhlükəsizlik üzrə BMT-nin sessiyasında iştirak edib

Nyu-York şəhərində BMT Baş Assambleyasının informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədli istifadəsi ilə mübarizə üzrə beynəlxalq konvensiyası üzrə yekun sessiyası keçirilib...

Sessiyada Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri şöbə rəisi Elgin Abdullayev və Vüsalə Məmmədova iştirak edib.

"APA-Economics"in Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbərinə görə, konvensiyanın müzakirəsi razılaşdırılmayan bəndlər üzrə aparılmış, yenidən verilən təkliflərə baxılmış və Konvensiyanın məzmununda müəyyən dəyişikliklər edilib.

Müvafiq Konvensiya kriminallaşdırma, prosessual tədbirlər və qanunun tətbiqi, sübutların toplanması, əldə edilməsi, mühafizəsinin təşkili ilə bağlı beynəlxalq əməkdaşlıq, qarşılıqlı texniki yardım və təcrübə mübadiləsi, o cümlədən cinayətlərin qarşısının alınması, aşkarlanması, təhqiqatı və istintaqı, cinayətlərin analizi üzrə təlimlərin və texniki dəstəyin təşkil edilməsi, profilaktik tədbirlər ilə bağlı müddəaları özündə ehtiva edir.

Ətraflı
Nümayəndələr tərəfindən sessiyalarda iştirak zamanı Azərbaycan Respublikasının ratifikasiya etdiyi 23 noyabr 2001-ci il tarixli “Kibercinayətkarlıq haqqında Konvensiya”nın və daxili qanunvericiliyin tələblərinə zidd müddəaların qəbul edilməməsi, o cümlədən Konvensiyada nəzərdə tutulan müddəaların təsdiq edildikdən sonra icrasının hüquqi və texniki baxımdan mümkünlüyünə xüsusi diqqət yetirilib.

XRİTDX-nin şöbə rəisi E. Abdullayev iclas zamanı müvafiq bəndlər üzrə təkliflərlə çıxış edib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təklifləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “Ad Hoc” Komitəsi tərəfindən nəzərə alınıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Ən çox oxunanalar