Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-İran sərhədindən 1 milyondan artıq xarici turist keçib

"Ötən il İranın Ərdəbil vilayəti Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən 1,174 milyon nəfər keçib. Onun 1,05 milyon nəfəri turist, xarici ölkə vətəndaşı, əsasən Azərbaycan vətəndaşları olub"

Bunu İranın Ərdəbil vilayəti Biləsuvar rayonu (Şəhristan) qubernatoru Həsən Qubadi deyib.

Qubadinin sözlərinə görə, sərnişinlərin 85%-i, 993 113 nəfəri piyada, 180 969 min nəfəri isə nəqliyyat vasitələri (avtobus, mikroavtobus və minik avtomobili) ilə Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən keçib.

Qubernator əlavə edib ki, bu müddətdə 53 998 ədəd yük maşını, 2064 ədəd avtobus, 17 065 ədəd avtomobil sərhəddən keçib.

Bu müddətdə ümumilikdə 311 432 ton məhsul 13 767 yük maşını vasitəsi ilə Biləsuvar gömrüyündən Rusiya, Azərbaycan və Gürcüstana ixrac olunub. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə artımın olduğunu göstərir.

Qubadinin sözlərinə görə, 10 ay ərzində 24,3 min ton məhsul 1113 yük maşını ilə Biləsuvar gömrüyü vasitəsi ilə İrana idxal olunub.

Qubernator bildirib ki, ixrac edilən məhsullar sırasında keramika, kartof, müxtəlif şüşə, tikinti materialı, duz, bitum, profil pambıq, müxtəlif toxumlar, idxal edilənlər sırasında isə heyvan yemi, süni liflər olub.

Qeyd edək ki, Biləsuvar İranın Ərdəbil vilayətində yerləşir. Ərdəbil vilayətinin yeganə beynəlxalq gömrük sərhəd keçid məntəqəsi bu rayondadır.(Trend)

pia.az


Etiket: Turist

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar