Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 61 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 091,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 % çox vəsait yönəldilib.

Poliqon.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb. İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 %-i məhsul istehsalı sahələrinə, 529 milyon manatı (48,4 %-i) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 %i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 %, büdcə vəsaitləri 47,7 %, əhalinin şəxsi vəsaitləri 6 %, bank kreditləri 2,9 %, sair vəsaitlər isə 2,2 % təşkil edib.

Poliqon.info 


Etiket: İnvestisiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ən çox oxunanalar